“Açığı, “Bavariya”nın indiki durumuna baxanda belə düşünmürəm” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında “Borussiya”nı (Münhenqladbax) məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan ispan mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:
“Ümumi olaraq, yaxşı oynadıq. Oyuna nəzarət bizdə idi. Əlimizə düşən fürsətləri qola çevirməkdə çətinlik çəkirik. Bunu düzəltməliyik.
Çempionlar Liqasının favoritiyik? Açığı, “Bavariya”nın indiki durumuna baxanda belə düşünmürəm. Ən böyük problemimiz zədəli futbolçuların gec sağalmasıdır. Kimsə bizi favorit adlandırırsa, qəribə heç nə yoxdur, qəbul edərik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin