Qvardiola FİFA və UEFA-dan şikayətləndi
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis, FİFA və UEFA-nın onlara dincəlmək üçün vaxt vermədiyini deyib:
“Superkubok matçında yaxşı çıxış etdik. Mövsümün əvvəlidir və komandamızı qurmağa başlamışıq.
Artıq yeni mövsüm başlayır. Çempionluq uğrunda mübarizə aparacağıq. UEFA və FİFA məşqçilərlə oyunçulara istirahət üçün vaxt vermir”.
“Mançester Siti” İngiltərə superkubokunda “Lester”ə uduzub – 0:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin