“Nəticənin ədalətli olduğunu deyə bilərik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 8-ci turu çərçivəsində “Liverpul”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Oyun gərgin keçdi. Rəqib matça yaxşı başladı və erkən qol vurdu. İkinci hissədə də bizim daha çox şansımız oldu. Nəticənin ədalətli olduğunu deyə bilərik. Ümumilikdə, “Liverpul” kimi komandaya qarşı müdafiə olunmaq asan deyil. Yaxşı qol vursaq da, sonra penaltini yerinə yetirə bilmədik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button