“Premyer Liqanı qazanmaqdan daha xoş şey yoxdur” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 30-cu turu çərçivəsində “Lester”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Lester” möhtəşəm komandadır. Səfər matçında çətinlik çəkdik, ancaq daha səbrli olduq. Bu nəticə çempionluq yolunda böyük addım oldu.
Milli fasilədən sonra futbolçuların durumunu yaxşı bilmək olmur. Mən futbolçularıma etibar edir, onlara inanıram. Bu komandanın hər bir futbolçusunu çox sevirəm.
Premyer Liqanı qazanmaqdan daha xoş şey yoxdur. Turnir 11 ay davam edir və çox çətin matçlar olur. Titulu qazanmaq üçün sadəcə üç qələbə lazımdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin