“Sona qədər mübarizə aparacağıq” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 14-cü turunda “Nyukasl”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 2:2 hesabıyla bitən matçdan sonra bunları deyib:
“Çox yaxşı oynadıq, kifayət qədər epizodlarımız oldu. Ancaq Jonjo Şelvinin qoluna əngəl ola bilmədik. Ötən mövsümkü performansımıza yaxın bir oyun keçirdik. Buna baxmayaraq, qələbə qazana bilmədiyimiz üçün məyusam.
Mövsümün hələ ilk hissəsidir, qarşımızda uzun yol var. Ötən mövsümdə olduğu kimi, bu dəfə də sona qədər mübarizə aparacağıq”.
MS hazırda Premyer Liqada lider “Liverpul”dan 11 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin