Qvardiolanı gözləyən təhlükə – toplanışa qatıla bilməyəcək
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının yeni mövsümə hazırlığının bir hissəsini buraxmalı olacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. “Barselona”nın futbolçusu Lionel Messi ilə danışıqlar aparmaq üçün İspaniyaya yollanan Qvardiola, İngiltərəyə qayıtdıqdan sonra iki həftəlik karantində qalmalı olacaq. Qvardiola bu səbəbdən komandasının mövsümöncəsi toplanışının bir hissəsini buraxacaq.
“Barselona”dan ayrılmağa qərar verən Messinin “Mançester Siti”yə keçəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin