“Onunla bağlı tənqidlərə gülürəm” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Federasiya kubokunun yarımfinal mərhələsində “Arsenal”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola, “Arsenal”ın baş məşqçisi Mikel Arteta və müdafiəçi David Luisi tərifləyib:
“Arsenal” son 20-30 ildə İngiltərə futbolunun xüsusi nümayəndələrindən idi. Artetanın onları əvvəlki duruma gətirəcəyinə inanıram. Klub da onu dəstəkləsə, bu işi ondan yaxşı görəcək kimsə yoxdur. Ehtiyacları olan futbolçuları alsalar, yeni mövsümdə daha iddialı bir komanda olarlar.
David Luisə və onun karyerasına böyük hörmətim var. Onunla bağlı tənqidlərə gülürəm. Son 10-15 ildəki karyerasında səhvlərə yol vermədi. Səhvlər futbolun bir parçasıdır. Onun hələ futbol oynamasını sevirəm”.
Bu gün keçiriləcək “Arsenal” – “Mançester Siti” matçı saat 22:45-də start götürəcək.
Bizi Facebook-da izləyin