Qvardiola xaker hücumuna məruz qaldı – 100 minlik gizli məlumatlar
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola xaker hücumuna məruz qalıb.
Komanda.az xəbər verir ki, xaker, ispan mütəxəssisin kompüterinə girərək bütün yazışmaları və futbolçuların məlumatlarını, nömrələrini əldə edib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Xaker, bu məlumatları 100 min funt-sterlinqə satmaq istəyirmiş. Ancaq Mançester polisi həmin xakeri saxlayıb. Mühafizə işçilərinə verdiyi açıqlamada, Qvardiolanın gizli məlumatlarını çox asan şəkildə əldə etdiyini deyən xakerin əvvəllər “Mançester Siti” klubunda çalışdığı iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin