Qvardiola təəccüblənib
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində “Tottenhem”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 0:1 hesabıyla məğlub olduqları oyunla bağlı bunları söyləyib:
“Bu qədər qısa vaxt ərzində keçirilən hazırlıqdan sonra belə başlanğıc normaldır. Motivasiyamız yaxşı idi, lakin uduzduq. Bəzi şeyləri o qədər yaxşı etdik ki, təəccübləndim. Bir çox futbolçular koronavirus pandemiyasına və AÇ-2020-yə görə komandaya gec qoşuldu. Səbəblər çoxdur, zamanla daha yaxşı olacağıq.
İstədiyimiz qədər oyuna nəzarət edə bilmədik. Xüsusilə, bəzi futbolçular çox sadə səhvlər etdilər. Belə olanda işlər çətinə düşür. Futbol qol deməkdir və onlar vurdu, biz vura bilmədik”.
Bizi Facebook-da izləyin