“Mançester Siti”nin əsas hədəfi odur

“Mançester Siti” yeni transfer hədəfini müəyyənləşdirib.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “şəhərlilər”in əsas istəyi PSJ-nin 21 yaşlı yarımmüdafiəçisi Joao Neveşdir.

Ancaq Paris təmsilçisi portuqaliyalı futbolçunu satmaq niyyətində deyil və bütün təklifləri rədd etməyi planlaşdırır. Neveş bu mövsüm bütün turnirlərdə 4 oyuna çıxaraq, 3 qol vurub.

Onun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button