“Mançester Siti”dən La Liqa klubuna
“Jirona” növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərə çempionu “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Yanxel Erreranı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
La Liqa təmsilçisi Venesuela yığmasının üzvünü ötən ilin avqustunda icarəyə götürmüşdü. Bu il icarə müddəti bitən futbolçu İspaniya klubunu tərk etmişdi. Amma o, Mançester təmsilçisindən birdəfəlik ayrılaraq yenidən “Jirona”ya qayıdıb. 25 yaşlı futbolçu İspaniya klubu ilə 4 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsüm bu komandada 20 oyunda 2 qol qol vurub. O, “Atletiko Venesuela”, “Nyu York Siti”, “Hueska”, “Qranada” və “Espanyol” klublarında da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin