“Mançester Siti”dən ayrıldı, İtaliya klubuna baş məşqçi təyin olundu
İtaliyanın “Parma” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Enzo Mareska çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 41 yaşlı italyan mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Mareska futbolçu karyerası dönəmində “Vest Bromviç”, “Yuventus”, “Fiorentina”, “Sevilya”, “Malaqa”, “Sampdoriya” və “Palermo” kimi klubların uğurları üçün çalışıb. O, 2017-ci ildə futbolçu karyerasını bitirən kimi “Askoli”də məşqçiliyə başlayıb. Daha sonra o, “Sevilya” və “Vest Hem”də köməkçi-məşqçi kimi çalışıb. Geridə qalan mövsümdə isə o, İngiltərənin “Mançester Siti” klubunun U-23 komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.
“Parma” 2020/21 mövsümünü A Seriyasında keçirib. Lakin komanda 20 kollektiv arasında sonuncu yeri tutaraq B Seriyasına yuvarlanıb.
Bizi Facebook-da izləyin