“Mançester Siti”də xoşbəxtəm, amma…”
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin de Bruyne ilə yeni müqavilə imzalamağa hazırlaşdığını xəbər vermişdik.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu, “şəhərlilər”lə razılığa gəlməsi ilə bağlı xəbərləri təkzib edib:
“Mançester Siti”də xoşbəxtəm, amma yeni müqavilə ilə bağlı kimləsə danışmamışam. Klubla razılığa gəlməyimə bağlı xəbərlərin niyə yazıldığını anlaya bilmirəm. Klubun yeni müqavilə təklifinə və danışıqlara açığam. Gələcəkdə nə olacağını görəcəyik, lakin hazırda belə bir şey yoxdur”.
Futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin