Superkubok oyunundan əvvəl “Mançester Siti”də itki

Bu gün İngiltərə superkubokunun oyunu keçiriləcək.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “Mançester Siti” “Mançester Yunayted”lə matça itki ilə çıxacaq.

“Şəhərlilər”in yarımmüdafiəçisi Cek Qriliş zədə səbəbindən İngiltərə superkubokunda oynamayacaq. O, son məşqdə zədələnərək sıradan çıxıb.

Qriliş ötən mövsüm “Mançester Siti”nin heyətində 36 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

28 yaşlı futbolçu İngiltərə millisinin AÇ-2024 üçün heyətinə daxil edilməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button