
“Mançester Siti”də itki: 2-3 həftə olmayacaq
“Mançester Siti” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu Kevin de Bruyne zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqanın 35-ci turunda, “Tottenhem”lə keçirilən matçda (1:0) zədələnən belçikalı yarımmüdafiəçi, 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin