“Mançester Siti”də çox xoşbəxtəm”

“Mançester Siti”nin hücumçusu Xulian Alvares gələcəyindən danışıb.

Komanda.az “All About Argentina”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu “Real” və “Barselona”nın maraqlarına baxmayaraq, klubu tərk etmək fikrində olmadığını bildirib:

“Mançester Siti”də çox xoşbəxtəm. Mən bir ildən artıqdır ki, klubdayam və əldə etdiklərimizdən çox razıyam. Əvvəldən mənə çox kömək etdilər. Mən bir oyunçu və bir insan kimi çox böyümüşəm, buna görə də burada xoşbəxtəm. Təbii ki, arzularımı davam etdirmək və daha çox titul qazanmaq istəyirəm. İndi bizim məqsədimiz yarışmaq və yenidən bütün mümkün kubokları qazanmağa çalışmaqdır”.

Alvares 2022-ci il yanvar ayında “River Pleyt”dən “Mançester Siti”yə keçib. O, bu mövsüm komandanın heyətində 21 matç keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button