
“Mançester Siti”nin futbolçusu 3 aylığa sıradan çıxıb
Xorvatiyalı futbolçu Mateo Kovaçiç daban vətərindən əməliyyat olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç məlumat verib.
“Mançester Siti”nin 31 yaşlı yarımmüdafiəçisinin təxminən üç ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Kovaçiç 2024/25 mövsümündə “şəhərlilər”in heyətində bütün turnirlərdə 42 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



