“Mançester Siti”də ciddi itki
İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Aleksandr Zinçenko sıradan çıxıb.
Tibbi müayinədən keçən ukraynalı futbolçuda əzələ zədəsi aşkarlanıb. Həkimlər onun 3 həftə futboldan uzaq qalacağını açıqlayıb.
Bu isə Zinkenkonun yoldaşlıq görüşündə Fransa (7 oktyabr), həmçinin Millətlər Liqasında Almaniya (10 oktyabr) və İspaniyaya (13 oktyabr) qarşı görüşlərdə Ukrayna yığmasına kömək etməyəcəyi anlamına gəlir.
Yeri gəlmişkən, “Mançester Siti” “Benfika”dan transfer etdiyi mərkəz müdafiəçisi Ruben Diası ictimaiyyətə təqdim edib. “Şəhərlilər” bu keçid üçün 65 milyon avro təzminat ödəyib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Əvəzində Mançester təmsilçisi müdafiəçisi Nikolas Otamendini Lissabon təmsilçisinə verib. Argentinalı futbolçu ilə 4 illik müqavilə bağlanıb.
Bizi Facebook-da izləyin