“Mançester Siti”nin zədəlisi qayıdır – 4 ay sonra
“Mançester Siti”də 2019-cu ilin avqustunda zədələnən Emerik Laportun yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.
Komanda.az xəbər verir ki 25 yaşlı müdafiəçi 7-10 gün sonra məşqlərə başlayacaq. Bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib. Qvardiola, Laportun tam sağalacağı vaxtı bilməsə də, onun 7-10 günə məşqlərə başlayacağını bildirib.
Laport bu mövsüm “Mançester Siti” ilə 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin