
“Mançester Siti” niderlandlı futbolçu üçün 60 milyon avro təklif edib
“Mançester Siti” “Milan”ın yarımmüdafiəçisi Ticani Reyndersin transferi üçün ilk addımı atıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bir neçə saat əvvəl 26 yaşlı futbolçu üçün təxminən 60 milyon avro (bonuslarla birlikdə) təklif edib. Ancaq “Milan” düşünür ki, bu məbləğ azdır və daha yüksək təzminat tələb edir.
Niderlandlı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 54 oyuna çıxaraq, 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Milan”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



