“Mançester Siti”dən “Leyptsiq”ə
İngiltərə çempionu “Mançester Siti” sol cinah müdafiəçisi Anxelinyonu icarəyə göndərib.
Komanda.az xəbər verir ki, 23 yaşlı ispaniyalı futbolçu bu mövsümün qalan hissəsini Almaniyanın “Leyptsiq” klubunda keçirəcək.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. O, Aleksandr Zinçenko və Benjamin Mendi ilə rəqabət apara bilmədiyi üçün, Bundesliqa təmsilçisinə göndərilməsi qərara alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin