
“Mançester Siti”dən futbolçusu ilə yeni müqavilə
“Mançester Siti” müdafiəçisi Ruben Diaşla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı portuqaliyalı futbolçu 2029-cu ilə qədər “şəhərlilər”in uğurları üçün çalışacaq.
Onun əvvəlki sözləşməsinin müddəti 2027-ci ildə başa çatacaqdı.
Diaş 2020-ci ildən “Mançester Siti”də çıxış edir. O, komandanın heyətində keçirdiyi 222 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



