“Mançester Siti”dən ayrılacağı gözlənilən 6 futbolçu

Yayda 6 futbolçu “Mançester Siti”ni tərk edə bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, müdafiəçi Kayl Uolker başa çatan mövsümdə az oynamasından narazı olduğu üçün komandanı tərk edə bilər. Bundan əlavə, o, Çempionlar Liqasının “İnter”lə final matçında (1:0) “Mançester Siti”nin start heyətinə düşmədiyi üçün məyus olub.

Həmçinin, mövsümün ikinci yarısını icarə əsasında “Bayern”də keçirən müdafiəçi Joao Kanselo da klubu tərk edə bilər.

Çox güman ki, MS zədələrdən sonra artıq start heyətə düşə bilmədiyi üçün klubunu dəyişmək istəyən mərkəz müdafiəçisi Emerik Laportu da buraxacaq.

“Barselona” və digər klubların maraq göstərdiyi yarımmüdafiəçi İlkay Gündoğanın gələcəyi qeyri-müəyyən olaraq qalır. Bundan əlavə, “Barselona”nın və PSJ-nin maraqlandığı Bernardo Silva da komandadan ayrıla bilər.

Böyük ehtimalla, karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə hazır olan cinah hücumçusu Riyad Mahrez “şəhərlilər”dən ayrılacaq. Əlcəzairli futbolçu həm də, az oynamasından narazıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button