Alvares “Mançester Siti”ni “Atletiko”ya dəyişməsinin səbəbini açıqladı

“Atletiko”nun hücumçusu Xulian Alvares “Mançester Siti”ni tərk etməsinin səbəbləri ilə bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu “Atletiko”nun onun inkişafı üçün daha yaxşı olduğunu düşünür:

“Mançester Siti”dəki vaxtım çox gözəl keçdi. Və mən qalsaydım, rahat olardım. Həmişə kluba çox minnətdar olduğumu deyirdim, amma həqiqətən, yeni bir şeyə ehtiyacım var idi. İçimdəki bir şey mənə fərqli bir çağırışa, yeni bir şeyə ehtiyacım olduğunu söylədi. Həmişə daha çoxunu istəyirəm, amma nə olduğunu bilmirəm”.

25 yaşlı hücumçunun “Mançester Siti”dən “Atletiko”ya transferi 75 milyon avroya başa gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button