“Mançester Siti”də yeni müqavilə
İngiltərənin “Mançester Siti” klubu futbolçusu Kayl Uolker ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 29 yaşlı sağ cinah müdafiəçisi ilə müqavilənin müddəti daha 2 il artırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən, Uolker 2024-cü ilə qədər “Mançester Siti”nin şərəfini qoruyacaq.
Geridə qalan mövsümdə Mançester təmsilçisi ilə 52 oyuna çıxan Kayl, bu görüşlərdə 2 qola da imza atıb. İngiltərə milli komandasının da şərəfini qoruyan Uolker, bu klubla 2 dəfə çempion olub, 1 dəfə Federasiya kubokunun, 2 dəfə Liqa kubokunun qalibi adını qazanıb. O, 2017-ci ildən “Mançester Siti”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin