“Nə qədər ki, “Mançester Siti”dəyəm…”
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva PSJ və ya “Barselona”ya keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Mançester klubunda olduğu müddətdə ən yaxşı oyununu göstərəcəyini deyib:
“İndi əsas məsələ mövsümə hazırlıqdır. Nə qədər ki, “Mançester Siti”dəyəm, həmişə ən yaxşı oyunumu göstərəcəm. Klubla, azarkeşlərlə, komanda yoldaşlarımla gözəl münasibətim var, bunu həqiqətən yüksək qiymətləndirirəm”.
Silva “Mançester Siti” ilə birlikdə 4 dəfə İngiltərə çempionu olub. O, komandanın heyətində ümumilikdə 249 oyun keçirib, 48 qol vurub və 50 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi 2017-ci ilin yayında “Monako”dan 50 milyon avroya “Mançester Siti”yə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin