“Mançester Siti”də daha 3 nəfər koronavirusa yoluxdu
İngiltərənin “Mançester Siti” klubunda daha üç nəfər koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Koronavirusa yoluxanlardan ikisi futbolçu, biri klub işçisidir. Qapıçı Skott Karson, yarımmüdafiəçi Kole Palmer və klubun bir işçisində koronavirus testinin nəticəsi pozitiv olub. Həmin şəxslər karantinə alınıb.
Bununla da, komandada koronavirusa yoluxanların sayı 8 olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin