![](https://komanda.az/wp-content/uploads/2024/09/8cc60677-080f-331d-af2b-d4dd69f23e48_850-780x470.jpeg)
“Mançester Siti”də ciddi itki
İngiltərənin “Mançester Siti” klubunun niderlandlı müdafiəçisi Natan Ake qarşıdakı 7 oyunda meydana çıxa bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib.
O, futbolçunun növbəti beynəlxalq fasilədən sonra meydana qayıda biləcəyini deyib. Bu isə o deməkdir ki, Ake qarşıdakı 7 matçda oynaya bilməyəcək.
29 yaşlı arxa xətt oyunçusu sentyabrın 10-da Millətlər Liqasında baş tutan Niderland – Almaniya matçında (2:2) əzələsindən zədə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin