“Mançester Siti”də böyük bir ailədəki kimi birlik ab-havası var”

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden akademiyadan əsas komandaya qədər gəldiyi klubda olmasının onun üçün nə qədər vacib olduğunu qeyd edib.

Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Oyunçu gənc yaşlarından bir klubda inkişaf edəndə, əsas komandaya daxil olanda və onlarla birlikdə kuboklar qazandıqda, bu, tez-tez baş vermir. Komandada böyük bir ailədəki kimi birlik ab-havası var”.

25 yaşlı futbolçu 2009-cu ildən “şəhərlilər”in heyətində çıxış edir. O, son mövsümdə İngiltərə klubunun heyətində 45 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button