Qvardiola qapıçı məsələsində qərar verib
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Ederson ayrılacağı təqdirdə, komandanın bir nömrəli qapıçısı olaraq kimi görmək istədiyinə qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ederson gedərsə, son iki mövsümdə braziliyalının əvəzedicisi kimi çıxış edən Stefan Orteqa “Mançester Siti”nin əsas qapıçısı olacaq.
“Mançester Siti” Edersonun “Əl-Nəsr”lə danışıqlar apardığından xəbərdardır. Qapıçı getməkdə israr etsə, rəhbərlik onun qarşısını kəsməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin