“Mançester Siti”dən çətin, “Arsenal”dan asan qələbə

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 6 görüş baş tutub.

“Brayton” – “Everton” matçında qalib müəyyənləşməyib. “Aston Villa” “Nottingem Forest”i, “Kristal Pelas” “Börnli”ni məğlub yola salıb.

“Mançester Yunayted” “Fulhem”lə ev oyunundan məğlubiyyətlə ayrılıb. “Bornmut”un qonağı olan “Mançester Siti” çətin qələbəyə sevinib. “Arsenal” da “Nyukasl”la ev oyunundan qalib ayrılıb.

Bu turun “Çelsi” – “Tottenhem” oyunu təxirə salınıb.

İngiltərə Premyer Liqası
26-cı tur

21 fevral

Liverpul – Luton Taun 4:1
Qollar: Van Deyk, 56. Qakpo, 58. L.Dias, 71. Elliott, 90 – Oqbene, 12.

26 fevral

Aston Villa – Nottingem Forest 4:2
Qollar: Uotkins, 4. D.Luis, 29; 39. Beyli, 61  – Niakate, 45+5. Gibbs-Uayt, 48.

Brayton – Everton 1:1
Qollar: Dank, 90+5 – Brentueyt, 73.

Kristal Pelas – Börnli 3:0
Qollar: Riçards, 68. Ayyu, 71. Mateta, 79-pen.

Mançester Yunayted – Fulhem 1:2
Qollar: Maquayr, 89 – Bassi, 65. İvobi, 90+7.

Bornmut – Mançester Siti 0:1
Qol: Foden, 24.

Arsenal – Nyukasl 4:1
Qollar: Botman, 18-öz qapısına. Haverts, 24. Saka, 65. Kivior, 69 – Uillok, 84.

25 fevral

17:30. Vulverhempton – Şeffild Yunayted

26 fevral

00:00. Vest Hem – Brentford

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button