
“Mançester Siti”dən ayrılmaq fikri yoxdur
“Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillips komandadan ayrılmaq fikrində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha beş il Mançester təmsilçisində forma geyinmək istədiyini söyləyib:
“Mançester Siti”də daha beş il keçirməyi səbirsizliklə gözləyirəm. Bu kluba kuboklar qazanmaq və futbol oynamaq üçün gəlmişəm.
2022/23 mövsümündə istədiyim kimi çıxış etmədim. Mümkün qədər qarşıdakı mövsümə hazırlaşacam”.
27 yaşlı futbolçu keçən ilin yayında “Lids”dən Mançester təmsilçisinə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin