“Mançester Siti”dən ayrılıb, İspaniya nəhənginə keçə bilər

Bernardo Silva “Mançester Siti”dən ayrıla bilər.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi futbolçunu satmaq istəyir. “Şəhərlilər” portuqaliyalıya 65 milyon avro qiymət qoyub.

Daha əvvəl “Barselona”nın futbolçunun xidmətində maraqlı olduğu bildirilirdi. Qış transfer pəncərəsində Kataloniya təmsilçisi Silvanı almaq üçün “Mançester Siti”yə müraciət etmiş və 70 milyon avro təklif etmişdi. Lakin ingilislər bu təklifi rədd etmişdilər.

“Barselona” hələ də portuqaliyalıya maraq göstərir və yayda yenidən yarımmüdafiəçini almağa cəhd edə bilər.

Silvanın “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm “Mançester Siti”nin heyətində 37 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button