“Mançester Siti”dən 52 il sonra gələn rekord


“Mançester Siti” İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk matçında “Barton”u 9:0 hesabıyla məğlub edib.

Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, “şəhərlilər” bu nəticəylə İngiltərə futbolunda yeni rekorda imza atıblar. Belə ki, “Mançester Siti” ardıcıl 2 kubok oyununda azı 7 top vurmağı bacaran ikinci klub olub. Mançester təmsilçisi İngiltərə Federasiya kubokunda “Roterhem”i 7:0, ardınca İngiltərə kubokunda isə “Barton”u 9:0 hesabıyla məğlub edib.

“Mançester Siti”yə qədər, hazırda Çempionşipdə çıxış edən “Lids” 1967-ci ildə ardıcıl 2 kubok matçında ən azı 7 top vurmuşdu.

“Manşester Siti”nin 9:0 hesablı qələbəsi, İngiltərədə kubok matçlarının yarımfinalında bu günə kimi qazanılmış ən böyükhesablı nəticədir.

“Barton”la “Mançester Siti” arasında cavab matçı yanvarın 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button