“Mançester Siti”də ritm var” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının Premyer Liqadakı çıxışı ilə bağlı fikirlərini açıqlayıb.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ”şəhərlilər”in oyununda ritm olduğunu deyib:

“Mançester Siti”də ritm var. Bir çox turnirlərdə sona qədər oynayacağıq və bu, bizə kömək edir. Bəzən matçlar arasında bir həftə qalanda ritmi itiririk. Şənbə və çərşənbə axşamı oynadığımız zaman oyunçular mümkün qədər toparlanırlar. Bir həftə, iki gün istirahətimiz olsa, o ritmi itirəcəyik. 6-7 həftədən sonra mübarizə bitəcək. İndi oyunçular eyni ruhda davam etmək üçün hər şeyi edəcəklər”.

Premyer Liqanın 29 turundan sonra “Mançester Siti” “Arsenal”dan 6 xal geri qalaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Oktyabrın 15-də “şəhərlilər” “Lester”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button