“Mançester Siti”də ciddi itki – 7 ay oynamayacaq
İngiltərə çempionu “Mançester Siti” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “şəhərlilər”in almaniyalı futbolçusu Leroy Sane sıradan çıxıb.
O, İngiltərə superkuboku uğrunda “Liverpul”a qarşı keçirdikləri oyunda ağır zədə alıb. Zədəsi ciddi olan 23 yaşlı vingerin təxminən 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bunu yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Pep Qvardiola bildirib.
Sane “Liverpul”la görüşün 13-cü dəqiqəsində zədələnərək meydandan çıxmışdı. Onun sağ dizindəkı çarpaz bağlarda qırıq aşkarlanıb.
Yaxın günlərdə əməliyyat olunacaq Sanenin ən yaxşı halda 2020-ci ilin fevral və ya mart aylarında sıraya dönməsi ehtimal olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin