“Mançester Siti”nin futbolçusu 4-5 həftə olmayacaq
“Mançester Siti”də əməliyyat olunan Aleksandr Zinçenkonun durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, ukraynalı oyunçu 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun saytına açıqlamasında deyib:
“Zinçenkonun dizində problem vardı, əməliyyat olundu. Sağalması 4-5 həftə çəkəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin