Fodenə yeni müqavilə təklif olunacaq

“Mançester Siti” yaxın vaxtlarda hücumçusu Fil Fodenin nümayəndələri ilə danışıqlara başlamağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.

“Şəhərlilər” 25 yaşlı futbolçunun müqaviləsinin müddətini uzatmaq niyyətindədirlər. Hazırkı sözləşmənin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Foden “Mançester Siti”nin yetirməsidir və klubun akademiyasından yetişərək, əsas komandaya yüksəlib. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 5 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button