“Mançester Siti” fransalı futbolçu üçün danışıqlara başlayıb

Fransa “Lion”unun yarımmüdafiəçisi Rayan Çerki “Mançester Siti”yə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu fransalı futbolçunun transferi ilə bağlı “Lion”la danışıqlara başlayıb.

Çerkinin “Lion”la müqaviləsi 2026-cı ilin iyun ayının sonunda başa çatacaq. 21 yaşlı yarımmüdafiəçi Fransa çempionatının son mövsümündə 30 matçda iştirak edib, 8 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button