MS 2 futbolçunun namizədliyini nəzərdən keçirir

“Mançester Siti” yay transfer pəncərəsində müdafiə və yarımmüdafiə xəttini gücləndirmək istəyir.

Komanda.az “Telegraph”-a istinadən xəbər verir ki, İngiltərə klubu “Nyukasl”ın müdafiəçisi Valentino Livramento və “Yuventus”un yarımmüdafiəçisi Andrea Kambiassonun namizədliyini nəzərdən keçirir.

“Mançester Siti” bu mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxış edir. Komanda Çempionlar Liqasının pley-off mərhələsində də “Real”a uduzaraq (2:3, 1:3), mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button