
Reyndersin “Mançester Siti”yə hansı şərtlərlə keçəcəyi məlum olub
“Milan”ın yarımmudafiəçisi Ticani Reynders İngiltərə Premyer Liqasına keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” niderlandlı futbolçu üçün 55 milyon avro və əlavə olaraq 15 milyon avro bonus ödəməyə hazırdır. Danışıqlar son mərhələdədir və onun İngiltərə klubu ilə 2030-cu ilə qədər, illik təxminən 8 milyon avro maaşla müqavilə bağlayacağı gözlənilir.
Reynders 2024/25 mövsümündə 54 oyunda 15 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



