“Mançester Siti” Yaponiyadan futbolçu aldı

“Mançester Siti” qış transfer pəncərəsi dövründə ilk transferini reallaşdırıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” Yaponiyanın “Kavasaki” klubunda forma geyinən Ko İtakuranı transfer edib.

21 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Hollandiyanın “Qroningen” klubunda forma geyinəcək.

İtakura 21 yaşadək futbolçulardan ibarət Yaponiya millisinin formasını geyinir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button