“Mançester Siti” arzusuna çatdı
“Mançester Siti” uzun müddətdir ki, danışıqlar apardığı futbolçusu İlkay Gündoğanın müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2016-cı ildə “Borussiya”dan (Dortmund) “Mançester Siti”yə keçən İlkayın əvvəlki müqaviləsinin müddəti 2020-ci ilin yayına qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin