“Mançester Siti” uruqvaylı futbolçunu izləyir
Lissabon “Sportinq”inin vingeri Maksimiliano Arauxo “Mançester Siti”nin maraq dairəsindədir.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının çempionu uzun müddətdir ki, uruqvaylı futbolçunun çıxışını izləyir.
“Şəhərlilər”i ən çox cəlb edən Arauxonun hücum etməklə yanaşı, həm də, cinah oyunçusu kimi çıxış edə bilməsidir.
24 yaşlı futbolçu bu mövsüm müxtəlif turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Sportinq”lə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin