“Mançester Siti”də ciddi itki
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne İngiltərə Premyer Liqasının 1-ci turunun “Bernli” ilə matçında (3:0) zədələnib. O, matçın 23-cü dəqiqəsində Mateo Kovaçiçlə əvəzlənib.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola təəssüf hissi ilə belçikalının bir müddət yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.
“Şəhərlilər” avqustunda 16-da UEFA superkuboku çərçivəsində “Sevilya” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin