“Mançester Siti”dən transfer pəncərəsi ilə bağlı qərar
“Mançester Siti” yay transferləri ilə bağlı mühüm qərar qəbul edib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “şəhərlilər” gələn mövsümə yeni futbolçular olmadan, eyni heyətlə başlamağa hazırdır.
İngiltərə çempionu yalnız hazırkı oyunçulardan biri getməyi xahiş edərsə, kiminləsə müqavilə bağlaya bilər.
“Mançester Siti” əvvəlki 4 mövsümün hər birində Premyer Liqa çempionu olub. Komanda növbəti çempionatın açılış turunda səfərdə “Çelsi” ilə qarşılaşacaq. Qarşılaşma avqustun 18-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin