“Mançester Siti” “Tottenhem”in 70 milyon avroluq təklifini rədd edib

“Mançester Siti” futbolçusu Savionu “Tottenhem”ə satmaqdan imtina edib.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, lonfonlular 21 yaşlı futbolçu üçün 70 milyon avro təklif etsələr də, “şəhərlilər” bu məbləğə razılaşmayıb.

Buna baxmayaraq, “Tottenhem” geri çəkilmək niyyətində deyil və yaxın günlərdə braziliyalı oyunçu üçün yeni təklif irəli sürəcək.

Savio 2024/25 mövsümündə bütün turnirlərdə 48 oyuna çıxıb, 3 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir. Müqaviləsinin müddəti isə 30 iyun 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button