
Bernardo Silva ilə bağlı qərar verilib
“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Bernardo Silva ilə bağlı planları barədə qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu portuqaliyalı futbolçuya onun artıq növbəti mövsüm üçün planlarının bir hissəsi olmadığını bildirib. Yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. MS Silvanı gələn il azad agent kimi buraxmamaq üçün onu yayda sata bilər.
30 yaşlı futbolçu 2026-cı ilin yayından “Mançester Siti”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



