
“Qızıl top”un sahibi bir şərtlə satıla bilər
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri müəyyən şərtlərlə klubdan ayrıla bilər.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “şəhərlilər” ispaniyalı futbolçunu 2026-cı ilin yayında 65 milyon avroya satmağı nəzərdən keçirəcək. Bu, yalnız o, həmin vaxta qədər müqaviləsini yeniləməsə mümkün olacaq.
29 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir. “Qızıl top”un sahibinə son aylarda “Real”ın maraq göstərdiyi bildirilir. Ancaq hələlik “kral klubu”nun Rodri uğrunda mübarizəyə qoşulub-qoşulmayacağı bəlli deyil.
Rodri bu ilin iyununda 29 yaşını qeyd edib və Avropa çempionu tituluna sahibdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



