“Mançester Siti” Rodrini 6 aylığa itirdi

“Mançester Siti”nin futbolçusu Rodri 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin dizinin çarpaz bağlarında yırtıq aşkarlanıb. O, Premyer Liqanın 5-ci turunda “Arsenal”a (2:2) qarşı keçirilən matçda sıradan çıxıb.

İspaniya millisinin heyətində AÇ-2024-ün qalibi olan Rodri cari mövsümdə ölkə çempionatında 3 oyun keçirib və fərqlənə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button